
Luçesku Ukraynadan getməyəcək: "Qorxaq deyiləm"
- 24 Fev 2022 17:00
- 474
"Dinamo"nun (Kiyev) baş məşqçisi Mirça Luçesku Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu və Ukrayna çempionatı ilə bağlı fikirlərini bölüşüb.
Rekord.az "Tribun"a istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis "Ukraynada bütün idman tədbirlərinin 30 gün müddətinə dayandırıldı.
Mən Kiyevdən getməyəcəyəm, Rumıniyaya qayıtmayacağam, qorxaq deyiləm.
Ümid edirəm ki, axmaqların başlatdığı bu müharibə ən qısa zamanda dayandırılacaq. Mən heç vaxt müharibənin başlayacağını düşünməmişdim”.