
Loqosunu dəyişən "Füzuli" gələn il I Divizionda oynaya bilər
- 14 Sen 2022 15:00
- 640
Xəbər verdiyimiz kimi, Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bu yaxınlarda Futbolun İnkişaf Fondunun ofisində olub. FİF-in icraçı direktoru Tural Piriyev fondun fəaliyyəti, hazırda həyata keçirilən layihələr və planlar haqda məlumat verib.Millət vəkili ilə sahibkarların futbola sponsorluq etməyə marağının artırılması üçün güzəştlərin tətbiq edilməsi ilə bağlı müzakirələr aparılıb. FİF-in bu yöndə hazırladığı təkliflər nəzərdən keçirilib. Həmçinin, Vüqar Bayramov Futbolun İnkişaf Fondunun beynəlxalq əməkdaşlıq planlarının qurulması ilə bağlı öz tövsiyələrini verib.
Rekord.az-ın əldə etdiyi məlumata görə, əslən Füzuli rayonundan olan və elə o bu rayonun deput mandatını daşıyan Bayramov doğma rayonunun komandasının I Divizionda iştirak perspektivinə də toxunub və bu mövzuda da müzakirə aparılıb.
FİF rəhbəri də deputatın təklifinə müsbət yanaşıb və "Füzuli"in I Divizionda oynamasının mümkünlüyündən danışıb. Lakin bunun üçün ilk növbədə maliyyə mənbəyi tapılmalı, daha sonra isə AFFA-ya müraciət etmək lazımdır. Millət vəkili bu yöndə lazım olanı ediləcəyini bildirib. Maraqlıdır ki, məhz bu görüşdən sonra loqosunu yeniləyən "Füzuli" həm də yeni geyim dəstləri sifariş verib. Hazırda sponsorun tapılması yönündə də aktiv fəaliyyət gedir. Yeni mövsümdə də "Region Liqası"nda oynayacaq komandanın gələn mövsüm I Divizon üçün AFFA-ya müraciət etməsi nəzərdə tutulur.
Yeni loqo
Yeni geyim dəstləri: