
London klubunda yeni müqavilə
- 22 Fev 2023 10:00
- 423
"Arsenal"ı misirli yarımmüdafiəçisi Məhəmməd Elneninin müqaviləsinin müddətini artırıb.
Sports.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu müddəti 2024-cü ilin yayına qədər olan yeni müqaviləyə imza atıb.
Xatırladaq ki, Elneni 2016-cı ildə "Bazel"dən London klubuna transfer edilib. O vaxtdan bəri "Arsenal" forması ilə 155 oyuna çıxan futbolçu bu oyunlarda 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Beşiktaş” və “Əl-Mukavilun”da da çıxış edib.