"Liverpul"un yeni transferi
- 15 İyn 2022 10:20
- 437
"Liverpul" "Benfika"nın futbolçusu Darvin Nunesi transfer edib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uruqvaylı hücumçu ilə 6 illik müqavilə imzalanıb.
Britaniya mətbuatı "Liverpul"un bu keçid üçün qarşı tərəfə 100 milyon avro ödəyəcəyini yazıb.
Qeyd edək ki, 22 yaşlı forvard ötən mövsüm Portuqaliya çempionatında 28 oyuna çıxıb, 26 qol vurub və 4 qolun ötürməsini verib.