“Liverpul”un futbolçusu Roberto Firmino cari mövsümün sonunda Premyer Liqa klubundan ayrılacağını təsdiqləyib.

Rekord.az xəbər verir ki, o, sona qədər Mersisayd təmsilçisi üçün çalışacağını deyib:

“Tanrıya çox dua etdim ki, məni qorusun. “Liverpul” üçün sona qədər əlimdən gələni edəcəyəm”.

Xatırladaq ki, bu ilin martında futbolçunun agenti braziliyalının İngiltərə klubundan ayrılacağını açıqlamışdı.

31 yaşlı hücumçu 2015-ci ildən “Liverpul”da çıxış edir. 2022/23 mövsümündə o, 32 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.