
"Liverpul"da 8-ci zədə
- 13 Sen 2022 16:45
- 414
"Liverpul"da zədəli futbolçuların sayı 8-ə yüksəlib.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, son olaraq müdafiəçi Endi Robertson dizindən zədə alıb.
Bu barədə klubun baş məşqçisi Yurgen Klopp məlumat verib. O, Robertsonun milli komandaların oyunlarından sonra yaşıl meydanlara qayıdacağını söyləyib.
Beləliklə, hazırda "Liverpul"un 8 zədəli futbolçusu var. Bunlar Cordan Henderson, İbrahima Konate, Kertis Cons, Aleks Oksleyd-Çemberlen , Kuivin Kelleher, Kalvin Remzi, Nabi Keyta və Endi Robertsondur.
Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda sentybrın 13-ü "Ayaks"ı qəbul edəcək.