Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 1-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, 2-ci oyun günündə də 8 qarşılaşma keçirilib.

A qrupunda “Ayaks” “Reyncers”i, “Napoli” isə “Liverpul”u qəbul edib. Hər iki oyunda meydan sahibləri darmadağına seviniblər.

B qrupunda “Portu” Madrid “Atletiko”sunun, “Bayer” “Brügge”nin qonağı olub. Bu iki oyunda da meydan sahibləri qələbə qazanıblar.

C qrupunda pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Çexiyanın “Viktoriya” (Plzen) klubu İspaniyada “Barselona” ilə qarşılaşıb və darmadağına üzülüb. Bu qrupun digər matçında isə Milan “İnter”i evdə “Bayern”lə üz-üzə gəlib və 2 cavabsız qolla uduzub.

Nəhayət, D qrupunda Avropa Liqasının son qalibi olan “Ayntraxt” “Sportinq”i, “Tottenhem” isə Marsel “Olimpik”ini sınağa çəkib. London klubunun inamlı qələbəyə sevindiyi gündə Frankfurt klubu evdə böyük hesabla məğlub olub.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 1-ci tur

7 sentyabr

A qrupu

Ayaks (Niderland) – Reyncers (Şotlandiya) 4:0
Qol: E.Alvares, 17. Berqeys, 32. Kudus, 33. Berqveyn, 80.

Napoli (İtaliya) – Liverpul (İngiltərə) 4:1
Qol: Zelinski, 5-pen; 47. Anqissa, 31. Simeone, 47 – L.Dias, 49.

B qrupu

Atletiko (İspaniya) – Portu (Portuqaliya) 2:1
Qol: Hermoso, 90+2. Qrizmann, 90+11 – Uribe, 90+5.

Brügge (Belçika) – Bayer (Almaniya) 1:0
Qol: Silla, 42.

C qrupu

Barselona (İspaniya) – Viktoriya (Plzen, Çexiya) 5:1
Qol: Kessye, 13. Levandovski, 34; 45+3; 67. F.Torres, 71 – Sikora, 44.

İnter (İtaliya) – Bayern (Almaniya) 0:2
Qol: Sane, 25. De Ambrosio, 66-öz qapısına.

D qrupu

Ayntraxt (Almaniya) – Sportinq (Portuqaliya) 0:3
Qol: Edvards, 65. Trinkao, 67. N.Santos, 82.

Tottenhem (İngiltərə) – Olimpik (Marsel, Fransa) 2:0
Qol: Riçarlison, 76; 81.