İngiltərədə "Liverpul" və "Qarabağ" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu VIII turda azarkeş sayına görə üçüncü olub.


Rekord.az xəbər verir ki, "Enfild" stadionunda baş tutan qarşılaşmada 60043 tərəfdar qeydə alınıb.


"Borussiya" (Dortmund, Almaniya) - "İnter" matçı (0:2) birinci sırada yer alıb. Sözügedən görüşdə tribunalarında 81365 tamaşaçı əyləşib.


"Benfika" (Portuqaliya) - "Real" (İspaniya) oyunu (4:2) bu göstəriciyə görə ikinci pillədə qərarlaşıb. Həmin matçda 64305 fanat olub.


Qeyd edək ki, "Qarabağ" "Liverpul"a altı cavabsız qolla uduzub. Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "köhlən atlar" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.