
“Liverpul” daha bir futbolçusunu ərəblərə satdı - 46,7 milyona
- 01 Avq 2023 10:45
- 350
“Liverpul” yarımmüdafiəçisi Fabinyonu “Əl-İttihad”a satıb.
Rekord.az xəbər verir ki, 29 yaşlı braziliyalı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.
Səudiyyə Ərəbistanı klubu bu transfer üçün “Liverpul”a 46,7 milyon avro ödəyib.
Fabinyo 2018-ci ildən oynadığı “Liverpul”da 219 qoyuna 11 qol vurub. O, daha öncə “Monako” və “Real”da da çıxış edib, Braziliya millisində 29 matça çıxıb.