
“Liverpul” 4 futbolçusu ilə vidalaşacağını açıqladı
- 17 May 2023 21:46
- 395
İngiltərənin “Liverpul” klubu cari mövsümün sonunda 4 futbolçusu ilə vidalaşacağını açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Roberto Firmino, Nəbi Keyta, Ceyms Milner və Aleks-Oksleyd Çemberlen Mersisayd təmsilçisindən ayrılacaq. Onların başa çatan müqavilələri yenilənməyəcək.
Xatırladaq ki, Firmino və Milner 2015-ci, Çemberlen 2017-ci, Keyta isə 2018-ci ildən "Liverpul"da çıxış edir.