
Libertadoresdə finalçılar müəyyənləşdi
- 09 Sen 2022 15:31
- 401
Cənubi Amerika Konfederasiyasının (CONMEBOL) təşkil etdiyi Libertadores Kubokunda finalçıların adına aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, "Flamenqo" (Braziliya) yarımfinalda Argentina "Velez Sarsfild"inə qalib gəlib - 4:0, 2:1.
Nəticədə "Flamenqo" həlledici oyunda Braziliyanın digər klubu "Atletiko Paranaense"a rəqib olub.
Qeyd edək ki, final matçı sentyabrın 29-da Ekvadorda keçiriləcək.