
Levandovskidən dubl etdi, "Barselona" qələbə qazandı
- 17 Sen 2022 22:47
- 401
"Barselona" La Liqada 6-cı tur oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Kataloniya klubu "Elçe"ni qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
"Barselona" - "Elçe" - 3:0
Qollar: Levandovski, 34, 48, Debay, 41
Bu qələbə ilə xalını 16-ya çatdıran turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Bir oyun az keçirən "Real" 15 xalla 2-ci, "Betis" 12 xalla 3-cüdür.