
Levandovski ilin idmançısı seçildi
- 09 Yan 2022 16:30
- 497
“Bayern”in hücumçusu Robert Levandovski Polşada 2021-ci ilin idmançısı seçilib.
Rekord.az xəbər verir ki, 33 yaşlı futbolçu “Przeglad Sportowy” nəşrinin keçirdiyi sorğunun nəticəsinə əsasən, ötən ilin ən yaxşı idmançısı adına layiq görülüb.
Levandovski karyerası ərzində 3-cü dəfə Polşada ilin idmançısı seçilib. O, daha əvvəl 2015 və 2020-ci illərdə bu mükafatı qazanmışdı.