2 mart 2023-cü il tarixdə Lerik rayon Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "İdman həftəsi" çərçivəsində Piran kənd tam orta məktəbinin idman zalında Lerik rayon Uşaq-Gənclər İdman və Şahmat Məktəbinin məşqçi-müəllimi Elvin Mirzəyev tərəfindən məktəbin yuxarı sinif şagirdlərinə Ağır atletika idman növü üzrə ustad dərsi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsədi 5 mart-Bədən tərbiyəsi və İdman gününün qeyd edilməsi və rayonda idmanın təbliğ və inkişaf etdirmək olub.

Tədbir zamanı şagirdlərə ağır atletika idman növü haqqında geniş məlumat verilmiş, sağlam həyat tərzi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.