
“Lənkəran”da yeni basketbolçu
- 14:40
- 39
"Lənkəran" heyətini yeni basketbolçu ilə gücləndirib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı Aydın İbrahimovla mövsümün sonuna kimi müqavilə imzalanıb.
1.95 sm boya malik basketbolçu hücumçudur. O, buna qədər "Sərhədçi", "Sumqayıt" və "Sabah" klublarının şərəfini qoruyub.
U-18 millisində də oynayan Aydın İbrahimov hazırda Azərbaycanın U-20 komandasının üzvüdür.