Hazırda "Region Liqası"nda çıxış edən "Xəzər Lənkəran 42" növbəti mövsüm I Divizionda çıxış etmək istəyir.

Rekord.az-a daxil olan məlumatga görə, Lənkəran təmsilçisi bununla bağlı federasiyaya müraciət etməyi düşünür.

Qeyd edək ki, "Region Liqası"nda çıxış edən komandalara 3 il məcburu bu liqada oynamaq qadağası götürüldüyündən istənilən komanda I Divizionla bağlı AFFA-ya müraciət edə bilər. Təbii ki, bir şərtlə, divizionun tələblərinə cavab versin.