
“Lənkəran” daha bir legioner basketbolçu ilə anlaşdı
- 09 Sen 2025 18:20
- 51
"Lənkəran" komandası daha bir legioner basketbolçu ilə anlaşıb.
Bu barədə Rekord.az-a bölgə təmsilçisindən məlumat verilib.
Klub Nmeso Nnbedumu heyətinə qatıb. Azərbaycan klubu onun ilk Avropa macərası olmaqla yanaşı, həm də ilk peşəkar komandasıdır.
"Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Raşed Dayson və Teron Montqomerinin transferini həyata keçirib.