Legioner həyatı yaşayan futbolçumuz: "Ölkə sanki panikadadır"
- 19 Mar 2020 12:00
- 848
"Bakı"nın heyətində Azərbaycan çempionatının 2014-2015 mövsümünün bombardiri olmuş Nurlan Novruzovun çıxış etdiyi Estoniya çempionatının da gələcəyi ilə bağlı qərarsızlıq davam edir
Rekord.az xəbər verir ki, bu barədə sportinfo.az-a açıqlamasında bəstəboy hücumçu özü deyib: "Ölkədə tamam səssizlikdir. Yəqin ki, yaxın vaxtda çempionatla bağlı qərar verilər.
Ölkə sanki panikadadır. Bizə evdən çölə çıxmamağı tapşırıblar. Amma mən bəzən çıxıram(gülür) Çünki davamlı olaraq evdə oturmaq olmur"