“Qarabağ” növbəti transferini rəsmiləşdirib. Rekord.az xəbər verir ki, Ağdam klubu portuqaliyalı yarımmüdafiəçi Leandro Andradeni heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə müddəti 2025-ci il iyunun 30-dək olan müqavilə bağlanılıb.

Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. O, yeni komandasında 15 nömrəli formanı geyinəcək.