“Sabah”ın basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının ilk turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.


Rekord.az xəbər verir ki, o, komandasının 86:75 hesablı qələbəsi barədə bunları söyləyib:


“İlk oyun asan olmadı. Çünki komanda mövsümə hazırlaşanda mən Litva millisi ilə birgə Avropa çempionatında iştirak edirdim. Mənim rəhbərliyim altında komanda cəmi 4 məşqə çıxmışdı. Ona görə oyunun əvvəlində mənimlə oyunçular arasında anlaşma baxımından bir qədər problem var idi. Lakin oyunun gedişatında bu çatışmazlığı aradan qaldırmağı bacardıq. Oyunumuzu stabilləşdirdik və düşünürəm ki, layiqli qələbə qazandıq”.