«Neftçi» rəhbərliyi Yusuf Lavala yeni müqavilə təklif edib.

Rekord.az xəbər verir ki, Azərbaycanda üçüncü mövsümünü keçirən nigeriyalı yarımmüdafiəçinin hazırda davam edən kontraktı üzümüzə gələn yay başa çatacaq.

Sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər. Əlbəttə, hər iki tərəfin razılığı olarsa. Fəqət, 24 yaşlı legioner hələlik bu izdivac sürəcinin artırılmasına müsbət yanaşmır.

Türkiyədən və Avropanın bəzi ölkələrindən təkliflər alan afrikalı vingeri «ağ-qaralar»ın əvvəlki ilə müqayisədə daha yüksək şərtlərlə onu burada saxlamaq cəhdləri də fikrindən döndərməyib.

Laval daha güclü klublardan birinə keçmək istədiyini açıq ifadə edib. (sportinfo.az)