"Neftçi"nin nigeriyalı legioneri Yusuf Laval bir neçə klubun transfer siyahısında yer alıb.

Rekord.az xəbər verir ki, "Ağ-qaralar"ın diqqətçəkən legionerlərindən olan yarımmüdafiəçinin meneceri Aykut Çuldan sportal.az-a açıqlama verib.

O, 2020-ci ildən "Neftçi"nin formasını geyinən müştərisinə başqa klublardan maraq olduğunu etiraf edib:

"Hər vaxtda Laval üçün ciddi təkliflər olur. Amma o, indi "Neftçi"nin futbolçusudu. O, özünü "Nefçi"də xoşbəxt hiss edir.

Amma mövsüm sonunda necə olacağını görəcəyik. Bu haqda indi nəsə demək istəmirəm. O, komandasının oyunlarına köklənib".