
La Liqa oyunları 1 dəqiqəlik sükutla başlayacaq
- 02 Okt 2022 15:29
- 413
İspaniya La Liqasında 7-ci və 8-ci turun oyunları bir dəqiqəlik sükutla başlayacaq.
Rekord.az xəbər verir ki, oyunlarda “Arema” və “Persebaya” komandaları arasında İndoneziya çempionatının 11-ci tur matçından sonra vəfat edənlərin xatirəsi yad olunacaq.
Oyun “Persebaya”nın 3:2 hesablı qələbəsi ilə bitib. Matçdan sonra “Arema” azarkeşləri ilə polis arasında qarşıdurma baş verib. Nəticədə 174 nəfər vəfat edib.