İspaniya təmsilçisi "Xetafe" Fransanın "Olimpik” (Lion) klubunun hücumçusu Martin Satrianonu icarəyə götürüb.


Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


24 yaşlı oyunçunun icarə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. Müqavilənin şərtləri arasında uruqvaylı futbolçunun birdəfəlik transfer edilməsi bəndi də yer alıb.


Satriano bu mövsüm Lion klubunun heyətində 19 oyunda meydana çıxıb və 3 qol vurub.