“Kurasao yığması dünya çempionatında öz sözünü deyəcək”
- 01:30
- 34
“Kurasao yığması dünya çempionatında öz sözünü deyəcək”.
Rekord.az xəbər verir ki, bunu Kurasao millisinin baş məşqçisi Dik Advokat Almaniyaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis uduzduqları görüşü şərh edib:
"Dünyanın ən güclü komandalarından birinə qarşı oynayırdıq. Hesab ağır olsa da, futbolçularım utanmalı deyillər. Bəzi qolları çox asan buraxdıq və belə səhvlər Almaniya kimi rəqibə qarşı dərhal cəzalandırılır. Qarşıda hələ iki oyunumuz var və biz bu dünya çempionatından zövq almağa davam etməliyik. Hələ də özümüzü göstərmək və müsbət nəticələr qazanmaq şansımız var. Kurasao yığması dünya çempionatında öz sözünü deyəcək".
Almaniya - Kurasao matçı Bundestimın 7:1 hesablı qələbəsi ilə başa çatıb.