
Kubokdakı nəticə Elmar Baxşıyevlə bağlı qərara təsir edəcək?
- 20 Fev 2023 13:00
- 533
Elmar Baxşıyevin "Qəbələ" ilə müqaviləsi mövsümün sonunda başa çatsa da, hələlik onunla yeni müqavilə bağlanmayıb.
Rekord.az xəbər verir ki, bunun kubokla bağlı olduğunu düşünənlər var.
Belə söhbətlər var ki, rəhbərlik klubun kubokdakı nəticəsinə əsasən qərar verəcək. Yəni Baxşıyev kuboku qazanmasa, çempionatda da ilk "dördlüy"ə düşməsə, onunla yollar ayrıla bilər. Lakin bizim əldə etdiyimiz son məlumata görə, bu mövsüm qeydə alınacaq nəticələrdən asılı olmayaraq, Baxşıyev postunda qalacaq. Rəhbərlik onunla daha 1 illik müqavilə bağlamağı düşünür.