
Krivotsyukun komandasından çətin qələbə
- 10 Avq 2025 20:40
- 42
Cənubi Koreya çempionatında 25-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” evdə “Suvon”la qarşılaşıb və 3:2 hesablı qələbəyə sevinib.
Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. O, görüşə start heyətdə çıxıb və sona qədər meydanda olub.
25 turdan sonra aktivində 42 xal olan “Daejeon” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.