
Krivotsyuk yenidən "Neftçi"yə qayıda bilər
- 04 Mar 2022 12:00
- 837
Hazırda Polşa "Visla"sında forma geyinən Anton Krivotsyuk ciddi problemlə üzləşib.
Rekord.az xəbər verir ki, klubda maliyyə sıxıntısı yarandığından klub bir neçə aydır ki, futbolçulara maaş verə bilmir.
Durum düzəlməsə, aparıcı futbolçular müqaviləyə birtərəfli qaydada xitam verib "Visla"dan ayrıla bilər. Çünki klub müqavilə öhdəliklərini yerinə yetirmirsə, futbolçuların başqa çıxış yolu qalmır. Belə vəziyyət yaranarsa, Krivotsyuk da "Visla"nı tərk edə bilər. Yayılan məlumatlara görə, müdafiəçi yenidən Azərbaycana qayıtmağın əlehinə deyil. Hətta onun "Qarabağ"a mesaj göndərməsinə dair mətbuatda məlumatlar da dolaşır. Bizim əldə etdiyimiz məlumata görə isə, sabiq klubu "Neftçi" də Antonu yenidən öz sıralarında görmək istəyir. Buna görə də "ağ qaralar"ın rəhbərliyi də "Visla"da baş verən prosesləri diqqətlə izləyir.