
Krivotsyuk və komandasından ilk sınaq matçında heç-heçə
- 22 İyn 2022 23:30
- 460
Polşanın “Visla” (Plotsk) komandası Qnevinodakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi bu komanda Polşanın aşağı liqa təmsilçisi “Xoyniçanka” ilə üz-üzə gəlib.
Tərəflərin hərəyə bir dəfə fərqləndiyi matçda qalib müəyyənləşməyib – 1:1. Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, ikinci hissədə meydanda olub.