“Neftçi”nin müdafiəçisi Anton Krivotsyukun klubla yeni müqavilə imzaladığı barədə məlumat vermişdik.

Rekord.az xəbər verir ki, gənc futbolçu klubun rəsmi saytına müsahibəsində bununla bağlı təəssüratlarını bölüşüb:

- "Neftçi” ilə daha 1 illik anlaşmaya imza atdınız. Təəssüratlarınız necədi?
- Təbii ki, doğma hesab etdiyim klubda qaldığım üçün çox şadam. Həmişə çempionluq uğrunda mübarizə aparan komandanın heyətində olmaq məsuliyyətimi artırır.

- Ümumiyyətlə, "Neftçi” sizin həyatınızda nə kimi rol oynayıb?
- Çox vacib rol oynayıb. Dediyim kimi, "Neftçi” kimi komandanın formasını geyinmək böyük şərəfdi. Meydanda canımı qoyub komandaya xeyir verməyə çalışıram. Futbolçu üçün əsas məqsəd bu olmalıdı.

- Karantin dövrünü necə keçirirsiz? Formanızı necə qoruyub saxlamısız?
- Karantin dövrü ağır keçdi. Açığı, formamı tam istədiyim kimi saxlaya bilmədim.

- Artıq mövsüm bərpa olunub. Nə gözləyirsiz?
- Təsəvvür etmək çətindi. Məncə, məşqdən-məşqə qaydasına düşəcək.

- Futbol üçün çox darıxmısız?
- Əlbəttə! Futbol həyatımın bir parçasıdı, amma ailəm üçün daha çox darıxmışam. Axı onlar başqa ölkədə yaşayırlar.