İngiltərə kraliçası II Elizabetin vəfatı ilə əlaqədar İngiltərə çempionatında 7-ci turun oyunları təxirə salınıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

7-ci turun matçları 10, 11 və 12 sentyabrda keçirilməli idi. Lakin bütün qarşılaşmaların qeyri-müəyyən vaxta təxirə salındığı bildirilib.

Xatırladaq ki, Bukingem sarayı sentyabrın 8-də Böyük Britaniya kraliçasının 96 yaşında vəfat etdiyini elan edib.