
Koordinator və klub nümayəndələri ilə görüş keçirilib
- 14:00
- 34
Aşağı yaş qrupları üzrə liqalarda çıxış edən komandaların akademiyalarının texniki direktor və koordinatorları ilə AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları arasında görüş keçirilib.
Rekord.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan görüşdə AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov, Misli Premyer Liqasında çıxış edən klubların və yenidən elitaya yüksələn “Qəbələ”nin akademiyasının nümayəndələri iştirak ediblər.
Aşağı yaş qrupları üzrə liqaların təşkili, başa çatmaqda olan mövsümün yekunları müzakirə olunub, eləcə də, 2025/2026-cı illər mövsümünə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.
Qeyd edək ki, yaxın vaxtlarda digər komandaların nümayəndələri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulub.