UEFA Konfrans Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin püşkü atılıb.


Rekord.az xəbər verir ki, turnirin Liqa mərhələsində 9–24-cü yerləri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanıblar.


Püşkatma ilə isə pley-offun 8 cütü müəyyənləşib. Bu mərhələni adlayan kollektivlər birbaşa 1/8 finala yüksələn klublara rəqib olacaqlar.


Pley-off mərhələsinin ilk matçları 19 fevralda, cavab oyunları isə 26 fevralda keçiriləcək.


Püşkatmanın nəticələri:

KuPS (Finlandiya) – Lex (Polşa)

Zirinski" (Bosniya və Herseqovina) – Kristal Pelas (İngiltərə)

Şkendiya (Şimali Makedoniya) – Samsunspor (Türkiyə)

Siqma (Çexiya) – Lozanna (İsveçrə)

Noa (Ermənistan) – Alkmar (Niderland)

Yagelloniya (Polşa) – Fiorentina (İtaliya)

Drita (Kosovo) – Çelye (Sloveniya)

Omoniya (Kipr) – Riyeka (Xorvatiya)