Bu gün Avropa Konfrans Liqasında qrup mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, ilk turun bütün oyunları eyni gündə baş tutub.

Türkiyə təmsilçilərindən “Başakşəhər” Şotlandiyada “Harts”ın qonağı olub. İstanbul klubu səfərdə 4 cavabsız qolla qalib gəlib.

G qrupunda mübarizə aparan “Sivasspor” isə evdə Çexiyanın “Slaviya” (Praqa) komandasını qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Avropa Konfrans Liqası
Qrup mərhələsi, 1-ci tur

8 sentyabr

A qrupu

Harts (Şotlandiya) – Başakşəhər (Türkiyə) 0:4
Qol: H.A.Kaldırım, 26. Ndayişimiye, 67. Kinqsli, 75-öz qapısına. B.Özcan, 82.

Fiorentina (İtaliya) – RFS (Latviya) 1:1
Qol: Barak, 56 – İliç, 74.

B qrupu

Anderlext (Belçika) – Silkeborq (Danimarka) 1:0
Qol: F.Silva, 80-pen.

Vest Hem (İngiltərə) – Styaua (Rumıniya) 3:1
Qol: Bouen, 69. Emerson, 74. M.Antonio, 90 – Kordea, 34.

C qrupu

Vilyarreal (İspaniya) – Lex (Polşa) 4:3
Qol: Çukvueze, 32. Baena, 36; 40. Koklen, 89 – Skoras, 2. İshak, 46; 61.

Austriya (Avstriya) – Hapoel (Beer-Şeva, İsrail) 0:0

D qrupu

Nitsa (Fransa) – Köln (Almaniya) 1:1
Qol: Delor, 62 – Tigges, 19.

Slovaçko (Çexiya) – Partizan (Serbiya) 3:3
Qol: Kalabiska, 5; 19. Kozak, 83 – Diabate, 47; 53. R.Qomes, 62.

E qrupu

Dnepr-1 (Ukrayna) – Alkmaar (Niderland) 0:1
Qol: De Vit, 63.

Vaduts (Lixtenşteyn) – Apollon (Limassol, Kipr) 0:0

F qrupu

Molde (Norveç) – Gent (Belçika) 0:0

Şemrok Rovers (İrlandiya) – Yurqorden (İsveç) 0:0

G qrupu

Balkani (Kosovo) – ÇFR (Rumıniya) 1:1
Qol: Taçi, 65 – Y.Matias, 90+1.

Sivasspor (Türkiyə) – Slaviya (Praqa, Çexiya) 1:1
Qol: Saba, 27 – Olayinka, 4.

H qrupu

Bazel (İsveçrə) – Pünik (Ermənistan) 3:1
Qol: Males, 23-pen. Burger, 54; 76 – Daşyan, 27.

Slovan (Bratislava, Slovakiya) – Jalgiris (Litva) 0:0