
Komandası uduzdu, Cəlal Hüseynov…
- 25 İyl 2023 00:20
- 333
Bolqarıstan çempionatında 2-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun yeni komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Beroe” ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib – 0:1.
Cəlal bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
“Arda” 2 turdan sonra 1 xalla 12-ci pillədə qərarlaşıb.