"Yeni oyunçuların uyğunlaşma prosesini tez keçib liqanın ikinci yarısına sürətli və yaxşı başlamaq istəyirik".

Rekord.az xəbər verir ki, bunu “Sərhədçi” basketbol komandasının baş məşqçisi təyin olunan Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis üç yeni transfer etdiklərini xatırladıb: “Sərhədçi” dəyərli klubdur. Mövsümün əvvəlindən izləyirəm, çox sevdiyim kollektivdir. Sadəcə, bu il istədikləri nəticələri ala bilmədilər. Həm mövsümə gec başladılar, həm də hərbi xidmətdə olan oyunçulara görə müəyyən çətinliklər yaşandı. Artıq iş sırası bizdədir. Ölkə kubokunadək komandanı güclü səviyyəyə çatdıracağıq".

Alkaya həm də qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisidir.

“Sərhədçi” Azərbaycan Basketbol Liqasında 9 oyundan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.