
Klublar topa görə bu qədər xərcə düşəcək?
- 05 Avq 2023 14:00
- 782
İki mövsüm klublara pulsuz top paylayan PFL bu mövsüm qərarını dəyişib.
Rekord.az xəbər verir ki, artıq hər bir Premyer Liqa klubu minimum 100 topu öz pulu ilə almalıdır.
Bütün çempionat oyunları da eyni topla oynanılacaq. Topların markası isə “Adidas”dı. Birinin qiyməti 220 manatdı. Hər klubun minimum 100 top alacağını nəzərə alsaq, bu, 22000 manat vəsait deməkdir. Yəni yeni toplar hər komandanı minimum 22000 manat xərcə salacaq.