Salahın yayda "Liverpul"u tərk edəcəyinə dair məlumatlar yayılıb.

Lakin Rekord.az Britaniya mətbuatına istinadla xəbər verir ki, komandanın baş məşqçisi Yurgen Klopp misirlinin yayda satılmasını istəmir.

Alman məşqçi Salahın ən azı müqaviləsinin sonuna kimi klubda qalmasını istəyir. Rəhbərlik isə futbolçunu yaxşı qiymətə satıb gəlir götürmək istəyir.

Qeyd edək ki, Salahın "Liverpul"la müqaviləsi 2025-ci ilin yayında başa çatır.