“Liverpul”un baş məşqçisi Yurgen Klopp Kriştiano Ronaldonun “Mançester Yunayted”ə qayıdışına münasibət bildirib.

Rekord.az xəbər verir ki, Klopp Ronaldonun yaxşı futbolçu olduğunu deyib.

Amma onun MY-yə gəlişinə sevinmədiyini də etiraf edib: “Ronaldonun qayıdışına sevinirəm? Yox, buna qətiyyən sevinmirəm. O, yaxşı futbolçudur? Təəssüf ki, hə.

Mən bu transferdən heyrətləndim, amma onun qayıdışına sevinmədim. Məni ən çox təəccübləndirən isə onun “Yuve”dən ayrılacağı ilə bağlı yayılan xəbərlər idi.

Kriştianonun “Siti”yə keçəcəyi deyiləndə isə düşündüm ki, bu, MY üçün əyləncəli olacaq. Sonra “Yunayted” prosesə qoşuldu. Azad dünyadır, istədiklərini edə bilərlər”.