"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Ayaks"la oyun öncəsi ilk turda "Napoli"yə məğlubiyyəti (1:4) xatırladıb.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: "Futbolçularla görüşümüz oldu. “Napoli” ilə matçı dəfələrlə izləmişəm və düzünü desəm, əsl qorxu şousu idi. Bu komandanı qəbul etdiyim vaxtdan bəri "Liverpul"un keçirdiyi ən pis oyun idi. Bəzi pis matçlarımız oldu, amma bu, ən pisi idi.

Hər kəs "Aston Villa" məğlubiyyətini və digər oyunları xatırlayır, amma o matçlarda az da olsa mübarizə var idi. “Napoli” ilə oyunda heç nə yox idi. Bunun niyə baş verdiyini anlamaq lazımdır".

Qeyd edək ki, "Liverpul" - "Ayaks" görüşü sabah keçiriləcək.