"Liverpul"un bu yay heyətinə cəlb etdiyi Darvin Nunes komandanın baş məşqçisi Yurgen Kloppun ingiliscə danışığını başa düşmədiyini deyib.

Rekord.az xəbər verir ki, uruqvaylı hücumçu ESPN-ə açıqlamasında Kloppun alman ləhcəsinə görə onu anlamadığını bildirib:

“Düzünü desəm, Klopp danışanda heç nə başa düşmürəm. Təbii ki, komanda yoldaşlarımdan onun sözlərini izah etmələrini xahiş edirəm. Hər halda, əminəm ki, Klopp meydandakı oyunçulardan nə almaq istədiyini tam aydın şəkildə söyləyir".

Qeyd edək ki, Nunes bu yay "Benfika"dan "Liverpul"a keçib. 23 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 4 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.