Bakı İdman Sarayında kikboksinq üzrə yeniyetmə, gənclər və böyüklər arasında Respublika kubokuna start verilib.

Rekord.az xəbər verir ki, "Low kick" və "Full Contact" versiyası üzrə keçirilən yarış 2023-cü il üçün milli komandaların heyətini müəyyənləşdirmək məqsədi ilə keçirilir.

Dekabrın 9-da, saat 16:00-dan etibarən yarışın qala gecəsinə start veriləcək. Qala gecədə böyüklər arasında seçilmiş 10 final görüşü olacaq.

Həmin gün Milli Məclisin sədr müavini, AKF fəxri prezidenti Adil Əliyevin iştirakı gözlənilir.