"Tottenhem"in futbolçusu Harri Keyn klubu tərk etmək niyyətinə gəlib.

Rekord.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. 29 yaşlı hücumçu ondon təmsilçisi ilə 2024-cü ilədək olan müqaviləsini yeniləməyəcək. qarşıdakı mövsümlərdə " Tottenhem"i tərk edə bilər .

"Tottenhem" isə ingiltərəli hücumçunun satışından gəlir əldə etmək istəyir. Onlar Harrini transfer etmək fikrində olan klublardan 100 milyon funt-sterlinq tələb edəcəklər.

Keynlə xüsusən maraqlanan klub "Bavariya"dır. Münhen təmsilçisinin futbolçu üçün təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, H.Keyn bu mövsüm İngiltərə Premyer Liqasında 19 matçda 15 qol vurub və 1 qolun ötürməsini verib.