"Bayern"in hücumçusu Harri Keyn Çempionlar Liqasında unikal nailiyyətə yiyələnib.


Rekord.az xəbər verir ki, 32 yaşlı hücumçu ötən gecə yarımfinal mərhələsinin PSJ ilə ilk oyununda fərqlənib.


Keyn ÇL-də çıxdığı ardıcıl 6-cı matçda qol  vurmuş olub. Nəticədə o, turnirdə ingiltərəli futbolçular arasında rekord qırıb.


Keyn əvvəlki beş Çempionlar Liqası matçında - "Union", PSV, "Atalanta" və "Real"la (həm ilk, həm də cavab oyununda) görüşlərdə fərqlənib.


Ümumilikdə Keyn son 6 matçda 8 qol vuraraq, 2008-ci ildə ardıcıl beş oyunda fərqlənən Stiven Cerrardın rekordunu qırıb.