Azərbaycan Premyer Liqasının 7-ci turu Vüsal İsgəndərli üçün yubileylə əlamətdar olub.

Rekord.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Keşlə”nin futbolçusu ölkə çempionatında 100-cü oyununu keçirib.

Bu yubiley “Neftçi” ilə ev matçına (0:1) təsadüf edib. Premyer Liqada 2014/15 mövsümündə debüt edən futbolçu 100 oyunda 11 qol vurub. O, indiyədək “Simurq”da 1, “Zirə”də 59 (6 qol), “Keşlə”də 40 (5 qol) görüşə çıxıb.

Qeyd edək ki, Vüsalın debütü 2015-ci il mayın 28-də keçirilən “Xəzər Lənkəran” – “Simurq” görüşündə (0:0) gerçəkləşib.

2014/15. Simurq – 1 oyun
2015/16. Zirə – 10 oyun
2016/17. Zirə – 15 oyun
2017/18. Zirə – 24 oyun
2018/19. Zirə – 10 oyun
2018/19. Keşlə – 13 oyun
2019/20. Keşlə – 20 oyun
2020/21. Keşlə – 7 oyun