Məlum olduğu kimi, ötən mövsüm ölkə kubokunu qazanan "Keşlə" bunun sayəsində avrokuboklara vəsiqə qazanmışdı.

Rekord.az xəbər verir ki, həmin qələbəyə görə futbolçulara pul mükafatə verilməli idi.

Çünki hər birinin müqaviləsində də bu haqda bənd var. Lakin il sona çatsa da, rəhbərlik həmin mükafatə hələ də verməyib. Futbolçular bununla bağlı narazılqılarını növbəti dəfə baş məşqçi Sənan Qurbanova çatdırıb. O isə, futbolçuların  narazılığını klub rəhbəri Zaur Axundova çatdıracağına söz verib.