“Keşlə” ən aparıcı futbolçusu olan Sezar Meza Kollini satmağa hazırdı.

Rekord.az-a daxil olan məlumata görə, paraqvaylı yarımmüdafiəçiyə həm Azərbaycandan, həm də kənardan təkliflər var.

Azərbaycandan “Neftçi” onun xidmətndə ciddi şəkildə maraqlıdır. Rəhbərlik də yaxşı məbləğ qarşılığında Meza Kollini satmağa hazırdı.

Qeyd edək ki, sözügedən futbolçunun “Keşlə” ilə İlin sonuna kimi müqaviləsi var.