"Keşlə" Konfrans Liqasının II təsnifat mərhələsinin "Soçi" ilə ilk qarşılaşması üçün bu gün səhər saatlarında səfərə çıxıb.

Rekord.az xəbər verir ki, səfər gedən heyətdə kapitan Şəhriyar Əliyevlə bərabər, Oumar Qudiabi və Anatole Abanq da yer almayıb.

Onlar Bakıda qalıb və əvəzedici heyətlə məşqlərə davam edəcəklər.

Hər üç futbolçunun səfərə aparılmama səbəbi cəza üzündən bu görüşü buraxmasıdır. Əslində cəzalı olsalar da bu futbolçuları mənəvi dəstək üçün Rusiyaya aparmaq olardı. Necə ki, "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov cəzalı Tellur Mütəllimovu Serbiyaya aparıb. Lakin "Keşlə" rəhbərliyi pula qənaət üçün oynamayacaq futbolçulara görə bilet almağı məqsədəuyğun saymayıb.