Bu gün “Keşlə”yə dəstək vrən OLD WOLF fan klubunun 2 yaşı tamam olur.

Rekord.az xəbər verir ki, fan klub ilk dəfə bu adla 2018-ci il aprelin 1-də “Azərsun Arena”da “Qarabağ” ilə səfər oyununda çıxıb.

“Amma buna baxmayaraq bizim fan klub 2010-cu ildən "İnter Fan Klub", daha sonra "Keşlə Fan Klubu" adları ilə davam etdirib.

Bu gün dövlət tərəfindən bizə #evdeqal maq məsləhət olunduğundan azarkeşlərimiz evdən təbriklərini bildirib. Komandamızın hər bir uğuru bizim uğurumuzdur. Bir vaxtlar diviziona düşə bilərdik, amma biz buna fikir vermədən komandamıza son saniyəyə kimi dəstək vermişik. Komandamıza bütün turnirlərdə uğurlar arzu edirik” - deyə fan klubun yaydığı məlumatda bildirilir.