“Zirə” ilə görüşün 28-ci dəqiqəsində meydandan qovulan “Keşlə”nin hücumçusu Anatoli Abanqın cəzası məlum olub.

Rekord.az xəbər verir ki, əvəzedici komandaya göndərilən futbolçunun maaşından da cəza olaraq kəsilib.

Belə ki, legioner futbolçu sentyabr ayının maaşının yalnız 50 faizini ala biləcək. Qalan məbləğ cərimə olaraq tutulacaq.